14:11 17.07.2025 579

Tahir Süleymanov: "Birlik və düzgün planlama uğurun əsas açarıdır"

Xəbər verdiyimiz kimi, AFFA-nın dəstəyi, RFF İB-nin təşkilatçılığı ilə region federasiyaları arasında U-15 "Region Kuboku" turniri keçirildi. Bölgələr üzrə iki yarımqrupda baş tutan seçimlərdən sonra final qarşılaşması Mingəçevir şəhər stadionunda baş tutdu. Bakı Futbol Federasiyası Şimal-Qərb RFF-sı üzərində 2:1 hesablı qələbə qazanaraq, kuboka sahib çıxdı. 

Fanat.Az yarışla bağlı BFF-in prezidenti Tahir Süleymanovla əlaqə saxlayıb. 

- Tahir müəllim, kuboku qazanmağınız münasibəti ilə sizi təbrik edirik. Turnirlə bağlı təəssüratlarınız necədir? 
- 15 yaşlılar böyük futbola keçid dövrünün ilk mərhələsindədirlər. U-15 artıq uşaq futbolu deyil, bu yaş və qarşıda olan 2-3 il yeniyetmə-gənc futbolçular üçün çox həssas dönəmdir və onlar hərtərəfli xüsusi diqqətin göstərilməsi mütləqdir. Peşəkar futbolun öz tələbləri var. Keçid illərində yeniyetmələrə son mərhələ futbol tələbləri ilə bərabər, psixoloji yanaşma ön sıralara çıxır. Futbolçular məqsəd və məramlarını bilməli, qayğı görməli, onlara, bu keyfiyyətlər aşılanmalı, milli, qalib ruhda böyüməlidirlər. Turnirdə qazanılan uğur, məşqçilər korpusu və futbolçularla birgə, Bakı Futbol Federasiyasına dəstək verən, şərait yaradan, bizə inanan, mənəvi olaraq hər zaman yanımızda olan hər kəsin qələbəsidir. 

- İstənilən yarışda qalib adının qazanılmasının disturu var. Yarışa başlamamışdan öncə kuboku qazanacağınıza inanırdınızmı? 
- Maddi-texniki bazamız, şəraitimiz olmasa belə, bəhanələrdən uzaq, qalib ruhumuzu, iddiamızı hər zaman qoruyub saxlayırıq. Təşkilatçılıq bacarığı, strateji düşüncə tərzi çox önəmlidir. Yarışların əsasnaməsi ilə tanış olduqdan sonra planlaşdırma aparıldı, U-15 Bakı yığmasının formalaşdırılmasına start verildi. Nəinki paytaxt üzrə, ölkədə uşaq-gənclər futboluna xüsusi diqqət ayıran, şərait yaradan klublar arasında "Sabah" FK ön sıralardadır. BFF adından kluba müraciətimiz oldu, turnir haqqında məlumat verildi, U-15 Bakı yığma komandasının "Sabah"ın bazasında formalaşdırılması təklif edildi. Yığma ən yaxşılardan təşkil edilməlidir və bu yaş qrupunda "Sabah" nümunədir. Klub prezidenti Maqsud Adığözəlovla şəxsən danışığım oldu, təklifimiz çox müsbət qarşılandı və Azərbaycan futbolu adına istənilən dəstəyin göstəriləcəyi xüsusi vurğulandı. Operativ olaraq işçi qrupu yaradıldı, qısa müddətdə bütün təşkilatı işlər yüksək səviyyədə həyata keçirildi. Klubdan bu işlərə nəzarət Namiq Süleymanova tapşırıldı, baş məşqçi Şahin Zeynalovun nəzarəti ilə yığma komanda formalaşdı, hazırlığa start verildi, BFF-in xüsusi oyun formaları sifariş edildi. Bir ay ərzində gündəlik işbirliyimiz xırda detalları belə aradan qaldırırdı. Nəzərə alaq ki, BFF bütün oyunlarını təqvimə uyğun səfərdə keçirirdi. Fürsətdən istifadə edib "Sabah" FK-nın rəhbərliyinə, əməyi keçənlərin hər birinə, yaradılan şəraitə görə bir daha təşəkkürümü bildirirəm. 

- Tahir müəllim, oyun formalarını qeyd etdiniz. Turnirdən olan fotolara baxdıqda, yeganə komanda BFF-dir ki, yığma formasında çıxış edib, digər bölgələr klub və ya heç bir atributu olmayan formalarda iştirak ediblər.
- Neqativlərə yox, pozitivlərə üstünlük vermək istəyirəm. Təbii, bölgələrin yığma komandalarından söhbət gedirsə, buna uyğun da addımlar atılmalıdır. Bunun üçün şərait yaradılmalıdır, federasiyaların maddi-texniki imkanları olmalıdır. BFF yeganə federasiyadır ki, uzun illərdi nəinki biganəliklə üzləşir, digər federasiyalara yaradılan minimum şəraiti belə yoxdur. AFFA-da İnkişaf Strategiyası qəbul edilib, bu prosesdə aktiv iştirak etmişik, önəmli təkliflərimiz olub və qəbul edilib.
Strategiyada federasiyalar üçün şəraitin yaradılması xüsusi bəndlərlə qeyd edilib, maliyyə bölgüsünün düzgün aparılması xüsusi vurğulanıb, bölgələr üzrə rəsmi yarışların federasiyalara həvalə edilməsi tapşırılıb. AFFA strukturu bəllidir və strategiyada da olduğu kimi, buna uyğun addımlar atılmalıdır. Turnirə qayıtdıqda isə xoş məramla və ən önəmlisi, yüksək səviyyədə yarışlarda iştirak etdik. Ümumi futbol adına öz niyyətimizi, dəstək verən insanlarla öz təşkilatçılığımızı, qalib ruhumuzu bir daha göstərdik. Sözdə yox, əməldə birliyin necə olduğunu isbat etdik. Bu turniri pilot layihə yox, gələcək işlər fonunda başlanğıc yanaşma kimi qəbul edək. Azərbaycan uşaq-gənclər futbolunda çox böyük problemlər mövcuddur. Bunların aradan qaldırılması mümkündür. U-15 "Region kuboku"nda göstərilən birlik gələcək dirçəlişin başlanğıcı olsun!

- Sonda bilmək istərdik, turnirdə perspektivli futbolçular gözə dəydimi?
- Final mərhələsinə çıxan komandalarda perspektiv vəd edən bacarıqlı yeniyetmə futbolçular var. Bu gün hansısa komandada təmsil olunsaydım, çəkinmədən 3-5 futbolçunu əvəzedicələrə, 1-2 istedadı isə əsas heyətlə daimi məşq prosesinə cəlb edərdim. Müasir futbolda sürət çox artıb və təcrübəlilərlə gənclərin vəhdəti mütləqdir. Yeniyetmə, gənc futbolçuları indidən bu sistemə uyğunlaşdırmaq lazımdır. Öz istedadlarımıza şərait yaratmaqla yanaşı inanmalı, önə çəkməli, çəkinmədən və tədricən əsas heyətdə oynatmaq lazımdır.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

Facebookdan bizi izləməyi unutmayın.
X