
"Real Madrid" qapıçısı Tibo Kurtua ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Mənbənin məlumatına görə, "kral klubu" belçikalı qolkiperlə müqavilənin müddətini 2027-ci ilə qədər uzadıblar.
Əvvəlki müqavilə 2026-cı ilə qədər qüvvədə idi.
Tibo Kurtua 2018-ci ildən Madrid klubunda oynayır. Belçikalı “Real”da keçirdiyi 7 il ərzində bütün yarışlarda 288 oyun keçirib və 3 dəfə La Liqanın qalibi olub. Kurtua həmçinin İspaniya nəhəngi ilə iki dəfə Çempionlar Liqasını qazanıb.