
İspaniya nəhəngi "Real Madrid" yeni mövsümün hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, klub belçikalı kiper Tiba Kurtua ilə müqavilənin müddətini 2 il uzadıb.
Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.
Digər bir maraqlı hal budur ki, klubun şəxsi qaydalarına əsasən 30 yaş və üstündə olan futbolçular ilə 1 ildən artıq müqavilə imzalamaq qadağandır.Ən son bu qaydanı Kriştiano Ronaldu 31 yaşında olarkən 5 illik müqavilə imzalayaraq pozan "kral klubu" 9 il sonra ilk dəfə bu qaydanı pozub.
Qeyd edək ki, 33 yaşlı qapıçının transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
Kamil Xudiyev