
"Fənərbağça", Hakan Çalhanoğlu ilə illik 8 milyon avro + bonuslar şərti ilə 3+1 illik müqavilə üzrə razılaşmaya gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Türkiyə" qəzeti yayıb.
Xəbərdə futbolçunun "Mən sözümün arxasındayam, klubum ilə anlaşılarsa "Fənərbağça"ya gələcəm" sözləri qeyd olunub.
"İnter", Çalhanoğlu üçün 30 milyon avro bonservis tələb edir, "Fənərbağça" isə ilkin olaraq 20 milyon avro təklif edib.Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Hakan hal hazırda Türkiyədədir və klublardan cavab gözləyir.
Kamil Xudiyev