12:23 25.07.2025 1899

Allahverdiyev AFFA-dan və "Sabah"dan üzr istədi

Ötən mövsüm kubokun yarımfinalının ilk qarşılaşmasında “Neftçi” – “Sabah” oyununda VAR hakimi Rauf Allahverdiyevin səhvi nə qədər müzakirəyə səbəb olmuşdusa, onun son günlər verdiyi açıqlamalar rezonans doğurub.

Xatırladaq ki, Yuri Matiasın Coy-Lens Mikelsə qarşı cərimə meydançası daxilində kobud oyununu görməyən və ya görməzdən gələn gənc hakim "Sabah"ın əleylehinə qərar vermiş və buna görə cəzalandırılmışdı. İyulun ortalarında isə bəlli oldu ki, Allahverdiyev ümumiyyətlə hakimlikdən uzaqlaşdırılıb. İki aydır uzaqlaşdırılan hakim mətbuata ard-arda açıqlamalar verərək AFFA rəhbərliyinin ünvanına kəskin ifadələr səsləndirib, qurumun guya "Sabah"ın tapşırığı əsasında onu cəzalandırdığını deyib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Allahverdiyev bugünlərdə AFFA-ya gedərək üzrxahlıq edib və izahat yazıb.

O, izahatında belə deyib: "İlk olaraq bildirmək istəyirəm ki, mediada verdiyim müsahibə zamanı səsləndirdiyim fikirlər və ifadələr həqiqəti əks etdirmir. Müsahibə vermək qərarını emosional vəziyyətdə qəbul etmişəm və bununla düzgün hərəkət etmədiyimin, səhv addım atdığımın fərqindəyəm. 

Həm həqiqətə uyğun olmayan məlumatların yayılmasına səbəb olduğum, həm də AFFA-nın, "Sabah" klubunun və onların rəhbər şəxslərinin işgüzar nüfuzuna xələl gətirə biləcək ifadələr işlətdiyim üçün dərin təəssüf hissi keçirirəm. Bu hallar tamamilə emosional vəziyyətdə olmağımla əlaqədar baş vermişdir. Bu səbəbdən AFFA rəhbərliyindən, klubdan və bütün aidiyyəti şəxslərdən üzr istəməyə hazıram.
VAR hakimi kimi 2 aprel tarixində keçirilmiş Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki "Neftçi" - "Sabah" oyununda penalti epizodu ilə bağlı ciddi səhvə yol verdiyimin də fərqindəyəm.

Qərarınız nə olursa olsun, rəhbərliyin razılığı olmadan müsahibə verdiyim, həqiqətə uyğun olmayan və AFFA-nın, "Sabah" klubunun, eləcə də rəhbər şəxslərinin nüfuzuna xələl gətirən ifadələr işlətdiyim üçün səmimi şəkildə üzr istəyirəm. Barəmdə çıxarılacaq qərarın necə olmasından asılı olmayaraq, mediada təkzib verəcəyimi də bəyan edirəm".  

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Sentyabr 2026
01:45

La Liqa: "Real Sosyedad" 3 xalı 3 qolla qazandı

01:33

A Seriyası: "Latsio"dan çətin qələbə

00:47

Sabiq "Qarabağ"lı Türkiyədə qalmaqala səbəb oldu

07 Sentyabr 2026
23:57

"Barselona" onun üçün 150 milyon avro tələb edir

23:11

Komandası çətin qələbəyə sevindi, Toral isə...

22:47

Mudrik "Tottenhem"də qalsa, London klubu 75 milyon funt ödəyəcək

22:14

"Çelsi"dən Renato Sançes sürprizi

21:35

"Sumqayıt" "diş"imizə uyğun rəqibdir" - Gəncədə qol vuran Uğur qələbəni dəyərləndirdi

21:04

"Neftçi" nigeriyalı bombardir üçün nə qədər ödədi?

20:32

Nigeriyalı hücumçu "Neftçi"də - RƏSMİ

20:08

Azərbaycan konkurçusu Belçikadakı turnirdə 2-ci yeri tutub

19:44

"Qəbələ" Futbol Akademiyasının futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

19:11

Azərbaycanlı hakim "Borussiya Dortmund" - "Vilyarreal" qarşılaşmasını idarə edəcək

18:42

Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarıldı

18:04

Azərbaycan millisi Moldovaya məğlub oldu

17:45

Turun 26 qolunda neçə futbolçu assist müəllifi olub? - STATİSTİKA

17:26

Azərbaycan güləşçiləri Vladiqafqazda 8 medal qazandılar

17:08

"Çempionlar Liqasını qazanmaq məcburiyyətində olduğumu hiss etmirəm" - Joze Mourinyu

16:49

Filipe Kandidunun aqibəti necə olacaq? - Rəhbərliyin mövqeyi bəllidir

16:31

Ceydon Sanço "Borussiya Dortmund"a qayıdır

16:12

Hələ Salah kimisi olmamışdı

15:53

"Bu qələbənin ardını gətirmək niyyətindəyik" - Süleyman Əhmədov

15:35

"Sabah"ın 25-ci böyükhesablı qələbəsi

15:18

Qismət Alıyev tarixə düşdü

15:01

Daha 3 referi "siftə etdi", vərəqə sayında rekord qeydə alındı - Hakimliyin mənzərəsi

14:43

"Meydandan bərabərliklə ayrılmaq şansımız da var idi" - Tural Cəlilov

14:25

"Zaqatala"nın baş məşqçisi məhsuldar heç-heçəni belə şərh etdi

14:07

İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı

13:48

"Çempionatımızda 5 qol vurmaq asan məsələ deyil" - Aslan Kərimov

13:29

"Beşiktaş"ın sabiq futbolçusu Azərbaycan klubuna keçir

13:11

Nəbiyevin də son vəziyyəti bilindi, Quliyevlə Muxtarlının da

12:53

Azərbaycanda azarkeş rekordu yeniləndi

12:36

FIFA-da gərginlik fonunda İnfantino qərarını açıqladı

12:17

Bəxtiyar Soltanovu debüt etmədən göndərdilər

11:59

"Turan Tovuz" 100-ə çatdı

11:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:25

Son 21 mövsümdə ilk yaşandı

11:08

Mikels yubiley qolunu vurdu

10:51

Leau: "Qalatasaray"da özümü evimdəki kimi hiss edirəm"

10:30

"Sabahın Ulduzları": "Qarabağ" zirvəyə şərik oldu, "Zirə" "Sabah"ı üstələdi - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X