12:25 04.08.2025 751

Azərbaycan hakimliyinin ən yeni tarixi

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev ötən həftə önəmli təyinat aldı. O, gələn həftə UEFA Superkubokunda iş başında olacaq. Məsiyev PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. O, portuqaliyalı Joan Pedro Silva Pineyronun rəhbərlik etdiyi briqadada yer alacaq ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən "Fruili" stadionunda keçiriləcək.

Sözsüz ki, bu, son illərdə hakimlərimizə göstərilən ən böyük etimaddır. Ümumiyyətlə, 2025-ci ilin əvvəlindən FİFA-da I kateqoriyalı iki hakimimiz var ki, bu da ilkdir. Daha əvvəl Əliyar Ağayev bu kateqoriyaya yüksəlmişdi. Ancaq 34 yaşlı Məsiyevin karyerasındakı sürətli yüksəliş diqqət çəkməyə bilməz.

Məsiyev 29 iyun 1991-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir, 2013-2018-ci illərdə ADBTİA-da qiyabi təhsil alıb. 2017-ci ildən hakimlik fəaliyyətinə başlayıb. 2019-cu ilden Premier Liqa oyunlarına referi kimi təyinat alır. 2021-ci ilden FIFA referisidir. 2021-2022 mövsümündə Azərbaycan kubokunun final oynunu idarə edib. 2024-cü ilin dekabrında isə FİFA-nın I kateqoriyasına seçilib. 

Əslində, Məsiyevin yüksək ranqlı oyuna təyinatı gözlənilməz olmadı. Onun iyunda 21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının final mərhələsinə cəlb olunması böyük etimaddan xəbər verirdi. Hansı ki, FİFA referimiz Slovakiyada təşkil edilən qitə çempionatının qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya – İtaliya (3:2) və yarımfinalın İngiltərə – Niderland (2:1) matçlarıının isə ehtiyat hakimi oldu. Üstəlik, ötən ay UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasına baş hakimlik etdi. 

Təsadüfi deyil ki, U-21-lər arasında Avropa Çempionatından sonra Bakıda səfərdə olmuş UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Məsiyevin idarə etdiyi Çexiya – İngiltərə oyununu tribunadan izlədiyini, həmyerlimizin performansını dəyərləndirdiyini bildirib və Elçinin idarəçiliyini çox bəyəndiyini, razı qaldığını deyib. 

Onu da əlavə edək ki, Azərbaycan hakimi kimi beynəlxalq turnirlərin final matçlarına təyinat almış referilərdən yalnız 3 nəfər olub. Söhbət Tofiq Bəhramov, Eldar Əzimzadə və Əliyar Ağayevdən gedir. Bu mənada, Məsiyev dördüncüdür.

Tofiq Bəhramov bir neçə final idarə etsə də, 1966-cı il dünya çempionatında laynsman kimi iştirak etdiyi İngiltərə – Almaniya oyunu yaddaşlara yazılıb. O, məşhur qərarı ilə bütün dünyada tanınır.
Eldar Əzimzadə 1980-ci il Olimpiya Oyunları Çexoslovakiya və Almaniya arasında keçirilən final matçında baş hakim olub.
Əliyar Ağayevə gəlincə, həmyerlimiz 2016-cı ildə U‑19-lar arasında Avropa Çempionatının Fransa – İtaliya finalında əsas söz sahibi olub. 
Elçin Məsiyevin UEFA Superkubokunun finalını idarə edəcək briqadada yer alması müasir hakimlik tariximizdə ən böyük uğurdur.

Məsiyevin Əliyar Ağayevdən 6 yaş gənc olması onun qarşısında daha geniş üfüqlər açır. O, yaxın bir-iki ildə beynəlxalq oyunlarda səhvsiz idarəçilik etsə, elit kateqoriyaya yüksələ, dünya və Avropa çempionatlarının, həmçinin klub səviyyəli qitə turnirlərinin final mərhələlərinə yollana bilər. Belədə o, istisnasız olaraq Azərbaycan hakimliyinin son illər yetişdirdiyi ən nüfuzlu hakimi adına sahiblənəcək. AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere də nüfuzundan istifadə edib ədalət təmsilçilərimizə yol açmalıdır. İnsafən, onun dövründə hakimlərimizə təyinatlar çoxalıb. Məsiyevin I Kateqoriyaya yüksəlməsi və tarixi ilkin yaşanması da onun rəhbərliyi dövrünə təsadüf edir. 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 Sentyabr 2026
16:59

İPL-də avqustun ən yaxşı məşqçisi də bilindi, futbolçusu da

16:58

MPL: "Neftçi" "İmişli"ni inamla yenir - YENİLƏNİR

16:41

"Şəfa"nın 2 futbolçusu "Sabah"a qarşı oynamayacaq

16:23

Sabiq "Qalatasaray"lı Braziliya klubuna keçdi - RƏSMİ

16:05

"Sabah"ın sabahına yatırımı nəyə xidmət edəcək? - "10 milyonu bir gündə xərcləyərsən, amma..."

15:46

Hələ ÇL-də Noyer kimi almaniyalı olmamışdı

15:28

AFFA Bakı İqlim Həftəsi çərçivəsində "Futbolda dayanıqlıq" mövzusunda seminar keçirdi

15:10

"Buxar Sumqayıt" Avropa Kubokundakı rəqiblərini tanıdı

14:52

Azərbaycanın minifutbol klublarının Çempionlar Liqasındakı rəqibləri bilindi

14:34

Qurban Qurbanov bu futbolçuları "Zirə"yə qarşı oynada bilməyəcək

14:12

Paro "Turan Tovuz"a qarşı oynayacaqmı?

13:44

"Karvan-Yevlax" ötən ay müqavilə bağladığı futbolçu ilə vidalaşdı

13:26

"Zirə"nin uzun müddətə sıradan çıxanları heyətdə olmasalar da...

13:08

Rakif Əliyev: "Rəqib bu dinamikanın qarşısında belə desək, çatdıra bilmədi"

12:50

"Gəncəbasar"ın baş məşqçisi: "Qapımızda qol görəndən sonra geridönüş etmək asan deyildi"

12:32

Etoo İnfantinonu dəstəklədi: "Ona səs verəcəyəm"

12:13

Xames Rodrigesin yeni klubu bilindi - RƏSMİ

11:48

Millimizin rəqibi bu dəfə heç-heçə ilə kifayətləndi

11:29

Çempionlar Liqasında növbəti mövsümün təqvimi bilindi - Bir gün tez başlayacaq

11:10

Kamandan oxatanlarımız Belarusdan üç medalla dönürlər

10:51

"Sabah"ın sabiq ulduzu baş məşqçisiz qaldı

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

"Sabahın Ulduzları": "Neftçi" "Qarabağ"ı udub liderliyini möhkəmləndirdi, 2 görüşdə "qol yağdı"

09:48

1-ci Liqa: Tura yekun vurulur

09:25

MPL: "Neftçi"nin "İmişli" sınağı

09:00

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

03:07

"Mançester Yunayted" - "Sabah" matçının ən yaxşısı seçildi

02:53

Maykl Karrik "Sabah"la matçdan sonra nə danışdı?

02:35

Valdas Dambrauskas "Mançester Yunayted"ə məğlubiyyəti belə şərh etdi

01:59

Bunu yalnız "Sabah" bacardı: Çempionlar Liqasında ilk

01:08

ÇL: "Fənərbağça" "Roma" ilə heç-heçəyə razılaşdı

00:52

ÇL: "Sabah" Mançesterdən əliboş qayıdır

00:33

"Real" Arda Gülerlə bağlı qərarını verdi: Gedir, ya qalır?

00:03

Azərbaycanda yay transfer pəncərəsi bağlandı

10 Sentyabr 2026
23:41

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:32

"Roma" matçından sonra "Fənərbağça"da şok ayrılıq

23:21

"İmişli" Rafael Vieqaşı heyətinə qatdı

22:52

Qış idman növlərinin inkişafı istiqamətində yeni addım

22:14

Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

21:39

"Zirə" heyətini gücləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X