"Göztəpə"dən Almaniya Bundesliqasına

"Göztəpə"dən Almaniya Bundesliqasına

Almaniyanın iddialı klublarından "Leyptsiq" heyətini gücləndirib.

Fanat.Az xəbər verir ki, “Göztepe”nin parlayan ulduzu Romulo karyerasını Bundesliqada davam etdirəcək.

Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.

Gənc hücumçu Almaniyanın “Leyptsiq” klubu ilə müqavilə imzalayıb.

Müqavilənin maliyyə detallarına görə, türkiyəli təmsilçi qarşı tərəfdən 20 milyon avro məbləğində əsas ödəniş alacaq.

Bundan əlavə, transferdə bonus maddəsi də yer alıb və bu şərtə görə “Leyptsiq” əlavə 5 milyon avro ödəməli olacaq.

Romulo son mövsümdə “Göztepe” forması ilə göstərdiyi performansla həm Super Liqada, həm də beynəlxalq transfer bazarında diqqət mərkəzinə düşmüşdü. Onun sürəti, top texnikası və hücum xəttindəki çevikliyi “Leyptsiq”in skautlarının xüsusi marağına səbəb olub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər