22:09 25.08.2025 458

"Futbolçularımız hazır deyil" - Rəşad Sadıqov

"Zirə" Misli Premyer Liqasının 2-ci turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, "qartallar"In baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk turda ən parlaq oyun nümayiş etdirən komandaya qarşı oynayırdıq. "Qəbələ" "Karvan"la matçda çoxsaylı qol epizodları yaratmışdı. Komandanın gücünün və istəyinin necə olacağını bilirdik. Uzun fasilədən sonra Premyer Liqada ilk ev oyunları idi. Bilirdik ki, rəqib aqressiv və istəkli olacaq. Oyun elə də başladı. "Qəbələ" hesabı açdı. Ondan sonra komandamız daha sürətli oynadı. Çox vacib qollar vurub qələbə qazandıq. Bu, bizim üçün olduqca kritik qalibiyyət idi. Çempionatda həmişə birinci qələbəni qazanmaq çətin olur.4 gün sonra "Kəpəz"lə vacib matçımız var. Tez bərpa olub həmin oyuna köklənməliyik.

- Ötən mövsümlə müqayisədə Salifu Suma və Rafael Utziqin yoxluğu görünür?

- Sumanın yerində oynayan Ceyhun bu gün 2 qol vurdu. Junior Martins də yaxşı oyunlarından birini keçirdi. Ümumən onların yoxluğunu mövsüm ərzində hiss edə bilərik. Son dövrlərdə müəyyən transferlər etdik. Amma futbolçularımız hazır deyil. Namik Ələskərova, Leroy Mikelsə, Eldar Quliyevə, Yeqor Boqomolskiyə bir az vaxt lazımdır. Gedən oyunçuların yoxluğu avrokuboklarda təbii ki, hiss olunurdu. Çünki bu dəyişikliklər birdən-birə baş verdi.

- Köməkçi məşqçi Eltun Yaqublu ilə yolların ayrılmasının səbəbi nədir?

- Sıradan bir gediş idi. Eltun futbol fəaliyyətini dayandırmaq qərarı qəbul etdi. Ən azından bir ara fasilə verəcək. Uzun zaman sonra nə baş verəcəyini deyə bilmərəm. Yaxın gələcəkdə futbol sahəsində fəaliyyət göstərmək istəmir.

- Klubun büdcəsində dəyişiklik olub?

- Elə məsələlər var ki, onları mətbuat qarşısında müzakirə etmək doğru deyil. Büdcəyə uyğun təhlillər aparıb işlərimizi qururuq. Mövsüm bitdikdən sonra rəhbərliklə müəyyən məsələləri müzakirə etdik. Büdcə azalsa da, bizə fərq etmir. Çalışırıq ki, işimizi görək.

- 4 gün sonra rəqibinizin "Kəpəz" olması işinizi asanlaşdırmır?

- Tam əksinə. Bu periodda "Kəpəz"lə oynamağı heç istəməzdim. Çünki biz də onların "Karvan-Yevlax"la oyunundan sonra azarkeşlərlə futbolçular və məşqçilər arasında olanları gördük. Ola bilər ki, komanda xüsusi motivasiya ilə matça çıxsın. Bu tip oyunları sevmirəm. Qarşılaşmaya var gücümüzlə hazırlaşmağa çalışacağıq. Başa düşürük ki, "Kəpəz" təhlükəli komandadır. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 Sentyabr 2026
15:03

İvan Luna "Gəncə"də

14:36

Azərbaycan seçməsi AÇ-də mübarizəyə başlayır

14:08

Azərbaycanı Avropa kuboklarında təmsil edəcək voleybol klublarının oyun proqramı bilindi

13:42

Azərbaycan millisi Türkiyədə ikinci oldu

13:02

"Hall Siti"nin futbolçusu qəzaya düşdü - SON DURUM

12:52

"İmişli"nin vingeri digər Premyer Liqa klubuna keçdi

12:29

"Ötən həftə yaşadığımız hadisə böyük çılğınlıq idi" - İtalyano

11:47

“Sabah”la matçdan sonra “Mançester Yunayted”də qalmaqal yaşandı

11:19

"Sabah" üzərində qazanılan qələbə komandaya müsbət təsir etdi" - Maykl Karrik

10:44

"Sumqayıt" milli üzvünü heyətinə qatdı - RƏSMİ

10:05

"Arsenal" gənc gürcü ilə anlaşdı

09:38

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

MPL:"Kəpəz" "Qəbələ"ni, "Sumqayıt" "Şamaxı"nı qəbul edir

01:56

La Liqa: "Sevilya" "Valensiya"nı əliboş yola saldı

01:33

Liqa 1: "Renn"dən minimal hesablı qələbə

01:14

A Seriyası: "Fiorentina" səfərdən 3 xalla dönür

00:59

Bundesliqa: "Şalke" inamlı qələbəyə sevindi

11 Sentyabr 2026
23:58

"Real Madrid" onunla bağlı son qərarını verdi

23:26

"Sumqayıt" 25 yaşlı vingerlə gücləndi

23:12

Millimizin Litva ilə oyununa bilet satışı başladı

22:58

Baş məşqçi Nərimana ehtiyac duymadı, "Beşiktaş" 3 xalı rahat götürdü

22:13

Premyer Liqa nəhəngləri "Yuventus"un müdafiəçisi üçün növbəyə düzülüb

21:52

Komandası ilk qələbəsini qazandı, Mahir isə...

21:04

"Barselona" Hansi Flikdən sonrakı planını müəyyənləşdirib

20:51

Yuri Vernidub "İmişli" üzərində qələbəni belə şərh etdi

20:28

Fərid Namazov "Neftçi" ilə matçdan sonra nə danışdı?

19:41

I Liqa: Turun son matçında qalib müəyyənləşmədi

19:16

ÇL-də həftənin 11-liyi bilindi: "Sabah"dan rəmzi heyətə düşən oldumu?

18:48

AAF rəhbərliyi hakimlərlə bir araya gəlib

18:28

MPL: "Neftçi" 3 xalı 3 qolla qazandı

17:44

"Çelsi" Netu ilə müqavilə yenilədi

17:25

Azərbaycan gimnastları DÇ-də finala yüksəldilər

17:18

Kurtua "Real" ilə bağlı yekun qərarını verdi

16:59

İPL-də avqustun ən yaxşı məşqçisi də bilindi, futbolçusu da

16:41

"Şəfa"nın 2 futbolçusu "Sabah"a qarşı oynamayacaq

16:23

Sabiq "Qalatasaray"lı Braziliya klubuna keçdi - RƏSMİ

16:05

"Sabah"ın sabahına yatırımı nəyə xidmət edəcək? - "10 milyonu bir gündə xərcləyərsən, amma..."

15:46

Hələ ÇL-də Noyer kimi almaniyalı olmamışdı

15:28

AFFA Bakı İqlim Həftəsi çərçivəsində "Futbolda dayanıqlıq" mövzusunda seminar keçirdi

15:10

"Buxar Sumqayıt" Avropa Kubokundakı rəqiblərini tanıdı

Facebookdan bizi izləməyi unutmayın.
X