
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.
İlk qalibin adı Qazaxıstanda müəyyənləşib. Ötən həftə səfərdə "Seltik"lə bərabərə qalan "Kayrat" cütün taleyini doğma meydanda, penaltilər seriyasında həll edib.
Bundan başqa, ÇL-in sürpriz komandalarından olan Kipr "Pafos"u "Srvena Zvezda"nı (Serbiya), "Budyo Qlimt" (Norveç) isə "Şturm"u (Avstriya) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" sabah "Ferentsvaroş"la üz-üzə gələcək. Səfərdə macarlara 3:1 hesabı ilə qalib gələn "köhlən atlar"ın doğma meydanda baş tutacaq cavab görüşündə bu üstünlüyünü qorumağa çalışacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 avqust
"Kayrat" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) 0:0 (penaltilər seriyası - 3:2)
İlk oyun - 0:0.
"Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiiya) 1:1
İlk oyun - 2:1.
"Şturm" (Avstriya) - "Budyo Qlimt" (Norveç) 2:1
İlk oyun - 0:5.