
Premyer Liqanın debütantı olan "İmişli"nin ötən mövsümün sonunda yollarını ayırdığı Seyxan Fərəcovun yeni klubu müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı hücumçu karyerasını I Liqa təmsilçisi "Ordu"da davam etdirəcək.
"Hərbçilər" onunla 2026-cı ilin yayına kimi müddətə anlaşıblar.
Qeyd edək ki, Fərəcov "İmişli"dən əvvəl "Zirə" və "Qarabağ"ın əvəzedici komandalarında, həmçinin "Şüvəlan" və "Qaradağ"da çıxış edib.
Mirağa