15:57 12.09.2025 3400

AFFA millini kimə tapşıracaq? - Əsədov ən real variantdır

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bizim üçün seçmə tsikl yeni başlasa da (cəmi 2 oyun geridə qalıb), hazırda "Azərbaycan millisini əcnəbi, yoxsa yerli mütəxəssis çalışdırmalıdır" qıfılbəndinin girdabında əsirik. AFFA bir ildən artıq müddətdə yığmamızın baş məşqçisi kimi qələbə qazana bilməyən portuqaliyalı Fernandu Santuşu İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra ötən həftə istefaya göndərdi. Komandanı Ukrayna ilə matça U-21-in baş məşqçisi Ayxan Abbasov çıxartdı. Onun rəhbərliyi altında qeydə alınan 1:1 hesablı nəticə isə yerli mütəxəssis tərəfdarı olanların "əlini gücləndirdi". Bu yazıda baş məşqçi postuna namizədlərlə bağlı mövqeyimizi çatdıracağıq. 

Eksperimental təyinatlar və ya təzminat maşınları 

Əslində, yerli məşqçi variantı daha məntiqlidir. Çünki son 20 ildə millinin “sükanı arxası”na gətirilən əcnəbi məşqçilərin heç biri effektli olmayıb. Üstəlik, onların işinə vaxtından əvvəl xitam verilməsi AFFA-nın yüksək məbləğdə təzminat ödəməsi ilə nəticələnib. Santuşla uzunmüddətli - 4 illik müqavilə imzalanmışdı. Ancaq komandamızı Millətlər Liqasında aşağı diviziona yuvarladan portuqaliyalı DÇ-2026-nın seçmə mərhələsinə də uğursuz başladı. İslandiya səfərindəki darmadağından sonra AFFA rəhbərliyi ona güvənməyin mənasızlığını anladı.
Beləliklə, Santuş Azərbaycan millisinin tarixinə 7-ci əcnəbi məşqçi kimi düşdü. Ondan əvvəl milli komandamıza braziliyalı Karlos Alberto Torres, makedoniyalı Qyoko Haciyevski, almaniyalı Berti Foqts, xorvatiyalılar Robert Prosineçki ilə Nikola Yurçeviç və italiyalı Canni De Byazi olmuşdu. 
Ən uğursuzu da məhz Santuş oldu: 70 yaşlı çalışdırıcı yığmamıza rəhbərlik etdiyi 11 rəsmi matçda qələbə üzünə həsrət qaldı (2 heç-heçə, 7 məğlubiyyət).  



Karlos Alberto Torres (2004-2005) – 18 matç, 2 qələbə, 10 məğlubiyyət, 6 heç-heçə.
Qyoko Haciyevski (2007–2008) - 3 matç, 0 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə.
Berti Foqts (2008–2014) - 71 matç, 12 qələbə, 37 məğlubiyyət, 22 heç-heçə.
Robert Prosineçki (2014–2017) -  23 matç, 6 qələbə, 11 məğlubiyyət, 6 heç-heçə.
Nikola Yurçeviç (2019–2020) - 10 matç, 1 qələbə, 7 məğlubiyyət, 2 heç-heçə. 
Cianni De Byazi (2020–2023) - 39 matç, 10 qələbə, 21 məğlubiyyət, 8 heç-heçə. 
Fernandu Santuş (2024-2025) - 11 matç, 0 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət. 

Onsuz da millimizin potensialı DÇ, AÇ və ML-in seçmə mərhələlərində yüksək yerlər uğrunda mübarizə aparmasına imkan vermir. Belədə, əcnəbiyə zərurət də yoxdur. Nə vaxt iddiamız artar, pley-offlar uğrunda mübarizə aparmağa qadir komandamız formalaşar, o halda müasir, nəticə qazanmış əcnəbiyə təklif göndərməyə dəyər. Odur ki, indiki halda vakant posta yerli məşqçi gətirilməsi daha məqsədəuyğundur. 

Qurbanovun ÇL missiyası, Abbasovun layihəsi var, Sadıqovu isə yandırmaq olmaz

Əslində, millini çalışdırmağa ən layiqli namizəd Qurban Qurbanovdur. Artıq bir dəfə bu postda çalışan təcrübəli mütəxəssis AFFA-nın ovaxtkı rəhbərliyinin yanlış qərarı ilə millidən uzaqlaşdırılıb. Amma tarix göstərdi ki, problem "Qarabağ"la yeni-yeni zirvələr fəth edən Qurbanovda deyil, idarəçilikdədir. Ancaq indiki məqamda onun təyinatı inandırıcı görünmür. Əvvəla, Ağdam klubu ÇL-in qrupuna vəsiqə əldə edib və Qurbanov qarşıdakı 4-5 ayda gərgin qrafikdə çalışacaq. Klubu da bu dəfə onu buraxmağa razı olmaz.
Diqqət yetirsək, potensial namizədlərin hər biri - Rəşad Sadıqov da, Ayxan Abbasov da işsiz deyil. Rəşad Sadıqov klub səviyyəsində özünü təsdiqləməkdədir. Qurban Qurbanovdan sonra onun namizədliyi üzərində dayanmaq olar. Millinin sabiq kapitanı, yığmada 100-dən çox oyun keçirən Sadıqovun həm 2018-ci ildə U-21-in, həm də hazırda çalışdığı “Zirə”nin baş məşqçisi kimi avrokubok təcrübəsi var. Ancaq əsas millidəki işin spesifikliyini, çox məşqçinin o postda "yandırdığını" nəzərə alsaq, onun uğurlu olduğu klubdan aralanması doğru olmaz.
Ayxan Abbasova gəlincə, hazırda o, "bir əlində üç qarpız tutmaq" məcburiyyətindədir. "Şamaxı" ilə yanaşı U-21-in də baş məşqçisi olan Abbasovun bölgə klubu ilə gənclər millisində paralel çalışması layihədir. Belə ki, U-21-in oyunçularının əksəriyyəti "Şamaxı"ya cəlb olunub. Odur ki, Abbasovun ilk növbədə özünü bu layihədə təsdiqləməsi, yalnız bundan sonra əsas yığmaya boylanması lazımdır. 

İşsiz məşqçilər arasında ən layiqlisi Əsədovdur

Uzun və qısa müddətli təyinatları da nəzərə alsaq, indiyə qədər əsas millidə 13 yerli mütəxəssis çalışıb. Ancaq 1 ildən bir qədər artıq müddət çalışan Qurban Qurbanovu və müvəqqəti baxılan təyinatları nəzərə almasaq, AFFA 20 ilə yaxın vaxt ərzində əsasən əcnəbi mütəxəssislərə üstünlük verib.  

Ələkbər Məmmədov - 1992-1993-cü illər; 
Ağasəlim Mircavadov - 1994 -1995-ci illər;
Kazbek Tuayev – 1995-1996-cı illər;
Vaqif Sadıqov – 1997-1999 - cu illər;
Əhməd Ələsgərov – 1999-2000-ci illər;
İqor Ponomaryov – 2000-2001-ci illər;
Əsgər Abdullayev – 2002-2004-cü illər;
Şahin Diniyev - 2005–2007-ci illər;
Nazim Süleymanov – 2008-ci il.    
Mahmud Qurbanov – 2014-cü il;
Qurban Qurbanov - 2017–2018-ci illər; 
Arif Əsədov – 2023-2024-cü illər.
Ayxan Abbasov - 2025-...

Məlumat üçün bildirək ki, ən zəif nəticə 1994-95-ci illərdə Ağasəlim Mircavadov, 2002-ci ildə Kazbek Tuayevin ayağına yazılıb. Bu məşqçilərin, o cümlədən, Nazim Süleymanovla Mahmud Qurbanovun rəhbərliyi altında komanda xal qazana bilməyib.
Ən uğurlusu isə komandanın tarixinə ilk baş məşqçi kimi düşən mərhum Ələkbər Məmmədov olub. O, 1992-93-cü illərdə milli komanda ilə 5 oyuna çıxıb ki, bunlardan 3-də qələbəyə şahidlik edib, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb. Milli komandanın uğurlu yerli baş məşqçilərinin sıralamasında, Ələkbər Məmmədovun ardınca ən yaxşı nəticələr Arif Əsədov və Qurban Qurbanovun dövründə əldə olunub. Əsədov 4 oyunda 2 qələbə qazanıb, Qurbanov isə 12 oyunda 4 qələbə və 5 heç-heçəyə imza atıb.



"Neftçi" ilə Azərbaycan çempionu olan, U-19-un tarixinə elit mərhələyə ilk vəsiqə qazanmış məşqçi kimi düşən Arif Əsədovun Canni De Byazinin köməkçisi kimi qazandığı təcrübə onun işinə yaradı. İtaliyalıdan sonra millinin sükanı arxasında olan 55 yaşlı mütəxəssis Bakıda Monqolustan üzərində 1:0 hesablı qalibiyyətə və Bolqarıstanla 1:1-lik heç-heçəyə nail oldu. Onun növbəti 2 sınağı 2024-cü ilin iyununda Macarıstanda oldu. İlk matçda Albaniyaya 1:3 hesablı yenilgiyə baxmayaraq, milli dörd gün sonra Qazaxıstanı 3:2 məğlub etməyi bacardı. Buna baxmayaraq, AFFA tərəfindən baş məşqçi kimi ona şans verilməməsi bir yana, Santuşun təyinatından sonra assisent işindən də məhrum edilməsi qeyd olunmalıdır. O, yığmanın baş məşqçisi olmağı haqq edir. 
Ümumiyyətlə, yığmanın baş məşqçisi olacaq yerli mütəxəssisdən bu tsikldə nəticə tələb olunmamalıdır. Əksinə, ona növbəti Millətlər Liqası və Avropa Çempionatı üçün komanda formalaşdırması üçün yetərincə vaxt verilməlidir. Necə ki, əcnəbi mütəxəssislərə bu imkan artıqlaması ilə verilib. Nəticə olmaya-olmaya... 
Ümid edək ki, AFFA bu dəfə ictimai rəyi nəzərə alacaq, əcnəbi mütəxəssis sevdasından birdəfəlik əl çəkəcək və layiqli yerli mütəxəssislə bağlı doğru seçim edəcək. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2026
21:26

ÇL: "Sabah" hesabda önə keçir - YENİLƏNİR

21:08

AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil etdi

20:41

"Gəncə" Sona Atayeva ilə yeni müqavilə imzaladı

20:14

"Sabah" basketbolçusu ilə yollarını ayırdı

19:39

"Çətin qarşılaşma olacaq" - "Zirə"nin kapitanı

19:03

Rəşad Sadıqov "Torpedo" ilə matçdan əvvəl nə danışdı?

18:47

Namazov sələfini uğurlu sayır - "Mövsümə yaxşı start verə bilsək..."

18:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Araz-Naxçıvan" Əhmədzadə ilə müqavilə yenilədi - RƏSMİ

17:28

Cavid Hüseynov getdi, "Cəbrayıl"da "yarpaq tökümü" başladı

17:14

"Şəfa"dan ayrılan Nəsibov özünə iş yeri tapdı

16:58

Xəyal Əliyev mükafatlandırıldı

16:51

"Səbail"dən növbəti transfer

16:40

"Mingəçevir"lə vidalaşan Ramiz Məmmədov bu komandaya baş məşqçi təyin edildi

16:22

Turan Manafovla iki Premyer Liqa təmsilçisi maraqlanır, amma...

16:04

Elşən Abdullayevin yeni mövsümdə harada oynayacağı dəqiqləşdi

15:46

"Kəpəz" vingeri ilə də əməkdaşlığa son qoyacaq - İkisinin isə qalmaq ehtimalı 50-nin 50-yədir

15:27

"Neftçi"nin yetirməsi 2-ci Liqanın debütantı ilə anlaşdı

15:09

Debütant tanınmış qolçu ilə ilkin razılığa gəlsə də...

14:57

Misli Premyer Liqasında püşkatma mərasiminin vaxtı açıqlandı

14:51

DÇ-lər tarixində Lukaku kimisi olmamışdı

14:33

"Kəpəz" qapıçısı ilə də vidalaşdı - RƏSMİ

14:15

"Baku Sportinq"in hazırlığa nə vaxt başlayacağı bilindi

13:57

"Zirə" özünəxas üslubda rəqibini cəzalandıra bilər" - Aslan Kərimov

13:36

"Qarabağ" - "Vestri" matçına maraq böyükdür - Neçə bilet satıldığı açıqlandı

13:20

Yassin Benzia Səudiyyə Ərəbistanı klubundan ayrıldı - RƏSMİ

13:17

Əvvəl Daniel Osafo-Badun, sonra Qurban Qurbanov

13:06

AFFA prezidenti "Sabah", "Qarabağ" və "Zirə"yə uğurlar arzuladı

13:02

"Qarabağ"dan ayrılan qapıçı "Sabah"la müqavilə bağladı

12:46

"Kəpəz" Paçu ilə vidalaşdı - RƏSMİ

12:44

ABŞ yığmasına 2 qol vurdu, oyunun ən yaxşısı oldu

12:32

"Real Madrid"in ulduzu üçün masaya 150 milyon qoyuldu: Gedir, ya qalır?

12:03

Növbəti mövsümün hazırlığına başlayan "İmişli" 7 oyun keçirəcək

11:48

İstanbul nəhəngi ulduzu üçün gələn 82 milyondan imtina etdi

11:26

Vozinya Messi ilə komanda yoldaşı olacaq?

11:07

Azərbaycan millisinin üzvü bu klubla danışıq aparır - Təsdiqləndi

10:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:30

"Portuqaliya xalqı komandası və futbolçuları ilə qürur duya bilər"

10:11

Luis de la Fuente Portuqaliya üzərində qələbəni belə şərh etdi

09:48

DÇ-2026: Argentina millisi Misirlə qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X