
Premyer Liqanın 6-cı turu çərçivəsində sabah çempion "Qarabağ"ın qonağı olacaq "Qəbələ" oyuna 1 itki ilə çıxacaq.
Fanat.Az-ın məlumatına görə, hazırda komandada cəzalı futbolçu yoxdur. Əvəzində mövsümün əvvəlindən zədəli olan yarımmüdafiəçi Salman Ələsgərov bu oyunu da buraxacaq. 24 yaşlı futbolçu zədə səbəbindən bu mövsüm hələ debüt edə bilməyib.
"Qarabağ" - "Qəbələ" qarşılaşması 26 sentyabrda "Azersun Arena" baş tutacaq və start fiti 19:00-da səsləndiriləcək.
"Qəbələ" hazırda 4 xalla turnir cədvəlinin 10-cu, "köhlən atlar" isə 7 xalla 5-ci pilləsində qərarlaşıb.
Mirağa