
"Qarabağ" ilə Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun oyununa bilet satışı davam edir.
Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, artıq 27500 bilet alınıb.
Bilet satışına ötən gün start verilib. Standart biletlərin qiyməti 5, 10, 30, 40, 50 və 75, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar ümünsə 500 manatadır.
Qeyd edək ki, 1 oktyabrda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:45-da start götürəcək.