
III MDB Oyunlarının futbol yarışlarında bürünc medalın sahibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Belarus və Tacikistan yığmaları qarşılaşıb.
Görüş Belarus millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, futbol yarışlarına sabah yekun vurulacaq. Azərbaycan millisi finalda Rusiya ilə üz-üzə gələcək.