
Mark-Andre ter Ştegen üçün "Mançester Yunayted", "Tottenhem" və "Nyukasl Yunayted" arasında ciddi rəqabət yaranıb.
Fanat.Az xəbər verir ki, “Barselona” isə artıq bu təklifi dəyərləndirməyə hazırdır. Klubun maliyyə vəziyyəti səbəbindən, rəhbərlik sərfəli bir təklif gəldiyi halda alman qapıçını satmağa razıdır.
Məlumata görə, "Kataloniyalılar" kiperi 60-70 milyon avro civarında bir təklif qarşılığında gözdən çıxara bilər.
Ter Ştegenin “Barselona” dövrü
“Barselona” yeni nəsil qapıçılara yönəlmək istəyir və Ter Ştegenin satışı həm maliyyə feyr-pley tələblərini qarşılamaq, həm də transfer büdcəsini artırmaq baxımından klub üçün vacib addım ola bilər.
Kamil Xudiyev