01:18 11.10.2025 3949

"O qolu ancaq Mbappe vura bilərdi" - Ayxan Abbasov

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Parisdə Fransa yığmasının qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

"Oyunun çətin keçəcəyini dünən də bilirdik. Rəqibin necə ciddi hazrlaşdığını da gördük. Azarkeş dəstəyi də var idi, ilk dəqiqələrdən pressinq etdilər. Birinci hissənin son dəqiqəsində qol buraxdıq. Bəlkə dözə bilsəydik, rəqib ikinci hissə daha da üstümüzə gələcəkdi. Rəqibin ustalığı yüksək səviyyədə idi. Oyunçularım əzmkarlıq göstərdi. Bu da vacibdir. İstək varsa, gələcəkdə daha rahat olacaq. Belə komandalarla oynayaraq təcrübə yığmaq lazımdır. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Üç gündən sonra daha çətin oyun gözləyir bizi. Ukrayna ilə oyuna hazırlaşacağıq".

- Mahir Emrelinin oyununu necə şərh edərdiniz?

- Mahir mənə görə son vaxtlarda ən yaxşı oyunlarından birini keçirdi. Əzmkar idi. Hücumlarımızın alınmaması rəqibdən asılı idi. İmkan vermirdilər. Tək qalanda çətinlik çəkirdi. Ona da dəstək olmalıyıq, pis təsir bağışlamadı. Gələn oyunda rotasiyalar da olacaq. Mahir də maksimum kömək etməyə çalışdı.

- Komanda layiqli mübarizə apardı. Bu gün itirilən güc və buraxılan qollar komandaya psixoloji təsir edəcək? Üç gündən sonra komandadan nə gözləmək olar?

- Fiziki cəhətdən çətinlik olacaq. Heyətimiz genişdir, baxacağıq. Sabah və birigün vaxtımız var. Bərpa olunmağa çalışacağıq. Digər futbolçular da oynamağa hazırdır. Milli komandada qısa vaxtda oynamağa öyrəşməliyik. Oyunçularla danışacağıq. İkinci qolda standart vəziyyətdə diqqətli ola bilərdik. Daha diqqətli ola bilsəydik, hesab böyük olmazdı. Bu səhvlərdən də nəticə çıxaracağıq.

- 45+2-ci dəqiqədə qol buraxdıq. Fasiləyə 0:0 getsəydik, böyük sensasiya baş tutardı?

- Bir şeyi deyim ki, o qolu ancaq Mbappe vura bilərdi. Ustalıq səviyyəsi və o sürətlə uzaq küncə vurdu. Futbolçularım maksimumu etdilər ki, qarşısını alsınlar. Ancaq bu cür oyunçunun qarşısını almaq çətindir. Bəlkə ikinci hissə bizim üçün daha çətin olardı. Bilmək olmaz. Komanda inanırdı ki, mübarizə apara bilərik. Bu da bizim üçün vacib idi.

- Mahirin meydanda qalması məcburiyyətdən idi? Sanki onu əvəzləmək istəyirdiniz...

- Rüstəm Əhmədzadə əvəzetmə istədi. O dəqiqələrdə birdən-birə iki futbolçunu çıxarmaq istəmədik. Toral Bayramov da hər mövqedə oynaya bilən oyunçudur. İstədiyimiz dəqiqəni saxlaya bilmədik. Hiss edirdim ki, standart vəziyyətlərdə çətinlik çəkirik. Amma o dəqiqələrdə qol oldu. Rəqibin hücumlarına hazırlaşmışdıq. Fransaya qarşı matçlarda İslandiya və Ukrayna da müdafiə olunmuşdu. Bu hücumlara hazırlaşmışdıq. 90 dəqiqə hücumun qarşısını almaq olmur.

- Oyunun ən yaxşılarından biri Abdulla Xaybullayev idi...

- Məncə də, o, ən yaxşılardan idi. Sevinirəm ki, yavaş-yavaş əsas heyətdə yerini qazanır. Yoruldu. İkinci qolda daha sadə oynayıb hücuma çıxmalıydıq. Xaybullayev əzmkar futbolçudur.

- Əvvəl də eyni futbolçular idi, indi də. Görünən budur ki, əvvəlki millilərimizdə çatışmayan sistemsizlik idi?

- Əvvəlkindən danışmaq çətin olar. Düz olmazdı. Millidə olmayanda da suallar olurdu. Önəm verəcəyimiz mövzudur. Futbolumuzun səviyyəsini yüksəltmək istəyiriksə, yığmalarımızın sistemi və fəlsəfəsi olmalıdır. Rəhbərliklə bu haqda danışırıq. Yəqin ki, alınar. Səmimi deyirəm, futbolçularla 3 məşq və 1 oyunda olmuşam. Böyük potensialı olan oyunçularımız var. İnanıram ki, özümüzə yaxın rəqiblərlə başabaş oynamaq iqtidarındayıq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

20 Avqust 2026
02:22

Valdas Dambrauskas "Hapoel"ə məğlubiyyətdən sonra nə danışdı?

01:43

"Səfərdə də yaxşı oyun göstərmək istəyirik” - "Hapoel"in baş məşqçisi

01:32

"Barselona" mövsümə kubokla başladı

01:22

"Mingəçevir"in növbəti rəqibi bilindi

01:14

ÇL: "Budyo-Qlimt" Niderlanddan qalib qayıdır

00:58

Kamilo Duran Çempionlar Liqasında şou göstərdi

00:50

ÇL: "Sabah" pley-offun ilk qarşılaşmasında yenildi

19 Avqust 2026
23:57

İsveçli ulduz "Barselona"ya təklif edildi

22:48

İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda "ustad dərsi" keçib.

22:13

"LANDAU Lions" İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb

21:31

"Səbail" Türkiyə klubu ilə heç-heçəyə razılaşdı

21:12

Qaşim Maqomedov Pakistandakı turnirdə bürünc medal qazanıb

20:44

Azərbaycan və Türkiyə taekvondoçuları birgə təlim-məşq toplanışında iştirak edirlər

20:04

AFFA-nın Lisenziya Komissiyasının iclasında "Goranboy" OİK-in sənədlərinə baxıldı

19:32

"Tvente"nin baş məşqçisi "Qarabağ"la matçdan əvvəl belə danışdı

19:12

Qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının maskotları bilindi

18:40

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

18:10

Sidiki Şerifin yeni komandası müəyyənləşdi

17:52

"Qalatasaray" yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir

17:33

Uruqvaylı ulduz İstanbul nəhəngindən ayrılır

17:14

"Bursaspor" azarkeşlərindən Torala böyük dəstək

16:56

Avropa çempionatı: Daha bir boksçumuz yarımfinala yüksəldi

16:37

"Sabah"la oyunu təxirə salınan "Sumqayıt" fasilədən necə yararlanacaq?

16:18

Dünya Seriyası: "Neftçi SOCAR" Fransada növbəti sınağına çıxır

15:59

"Roma" Moranın keçidini rəsmiləşdirdi

15:40

"Məncə, "Sabah" iki oyunun nəticəsində turu keçən tərəf olacaq" - Ağasəlim Mircavadov

15:21

"Qarabağ" Niderlanda yollandı - Fotolar

15:03

Samir Əliyev: "Kimin nəyə qadir olduğu beş-altı turdan sonra üzə çıxacaq"

14:45

"34 yaş vinger mövqeyi üçün çoxdur, elə getmək vaxtı idi"

14:27

"Trabzonspor" "Qızıl top"un sahibini transfer etməyə yaxındır - SON DURUM

14:08

"Yuventus"un qapısını artıq o qoruyacaq

13:50

"Neftçi"nin yeni transferini yaxından tanıyaq - VİDEO

13:38

"Monako" Poqbanın müqaviləsinə xitam verdi

13:20

"Zubirin hələ bir müddət "Qarabağ"da yeri görünəcək" - Samir Əliyev

13:02

"Qalatasaray" Can Uzun üçün yeni təklif göndərdi

12:43

"Sabah" yeni legionerlə anlaşdı

12:24

"Sabah" bu gün səfərdən yaxşı nəticə ilə dönə bilər" - Aslan Kərimov

11:59

Dünyanın ən yaxşı müdafiəçisi bilindi - Kukurelya 5-cidir

11:41

Beşqat Almaniya çempionu yeni komandasında qolla debüt etdi, darmadağınla üzləşdi

11:23

"Avropada oynamaqdan əl çəkmək istəmirik" - Qurban Qurbanov

Facebookdan bizi izləməyi unutmayın.
X