
Braziliyalı Anderson Talişka 2026-cı ilin yayında "Fənərbağça"dan ayrılacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Rudi Qaletti məlumat verib.
Mənbənin məlumatına görə, Türkiyə nəhənginin rəhbərliyi braziliyalının performansından və maaş tələblərindən narazıdır. Andersonun azad agent kimi klubdan ayrılacağı gözlənilir.
Talişka bu yay "Fənərbağça"ya keçib. O, İstanbul nəhəngində 35 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.
Braziliyalı daha əvvəl “Benfika”, “Beşiktaş”, Çinin “Everqrand” və “Əl-Nəsr” klublarında çıxış edib.
Mirağa