
"Mançester Yunayted"in və "Beşiktaş"ın sabiq baş məşqçisi Ole Qunnar Sulşer karyerasını Şotlandiyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis "Reyncers" klubunu çalışdıra bilər.
İnformasiyanı tanınmış insayder Nikolo Skira yayıb. Mənbənin məlumatına görə, Stiven Cerrardın geri dönüşünün baş tutmamasından sonra Qlazqo rəhbərliyi norveçli mütəxəssisi dəvət etməyə qərar verib. Artıq danışıqların başladığı bildirilir.
Sulşerin son iş yeri avqustda avrokubokdakı zəif nəticələrə görə qovulduğu "Beşiktaş" olub. O, 2018-2021-ci illərdə "Mançester Yunayted"i çalışdırıb, lakin İngiltərə nəhəngi ilə heç bir kubok qazana bilməyib.
Mirağa