
"Barselona" müdafiəçisi Erik Qarsiya üçün yeni müqavilə hazırlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, Kataloniya nəhəngi ispaniyalı oyunçu ilə 2030-cu ilə qədər müddətə müqavilə imzalayacaq. Müdafiəçinin doğma klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədərdir.
Qarsiya "Barselona"nın yetirməsidir.
24 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda müntəzəm olaraq start heyətində yer alıb və 10 matçda 1 qol vurub.
Mirağa