I Liqa: MOİK "qara zolaq"dan darmadağınla çıxdı

I Liqa: MOİK "qara zolaq"dan darmadağınla çıxdı

Azərbaycan I Liqasında 5-ci turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 oyun keçirilib.

İlk 4 turda qələbəyə həsrət qalan MOİK  tilsimi "Cəbrayıl" ilə oyunda qırıb. İlham Yadullayevin baş məşqçisi olduğu komanda bölgə təmsilçisini böyük hesabla yenib. 

Bundan başqa, "Mingəçevir" "Şimal"la, "Difai" isə "Şahdağ Qusar"la matçda əzmkar qələbəyə sevinib.

Qeyd edək ki, turun açılış oyununda "Səbail" "Zaqatala"nı 1:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Baku Sportinq" - "Şəfa" oyunu ilə yekun vurulacaq.   

Azərbaycan I Liqası 5-ci tur 16 oktyabr  

MOİK – “Cəbrayıl” 4:1 Qollar: S.Fərəcov, 7; 48-pen.; 60. E.Məmmədov, 51 - T.Əhmədov, 77. 

“Mingəçevir” – “Şimal” 3:1 Qollar: A.Usman, 42; 57. R.Cəfərli, 55 - X.Bədirov, 17. 

“Difai” – “Şahdağ Qusar” 1:2 Qollar: H.Şirəliyev, 32. S.Ağalarov, 37. F.Cəfərov, 42-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər