
1-ci Liqa təmsilçisi "Cəbrayıl"ın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisini Cavid Hüseynov çalışdıracaq.
37 yaşlı mütəxəssis doğma klubunda Bəxtiyar Soltanovu əvəz edəcək. Soltanov son turda MOİK-ə 1:4 hesabı ilə uduzduğu üçün istefaya göndərilib.
Xatırladaq ki, futbolçu karyerasını başa vurduqdan sonra 2021-ci ildə "Cəbrayıl"ın təsisçisi və çalışdırıcısı olan, komandasını Region Liqasının qalibi edən Cavid Hüseynov ardından Premyer Liqada məşqçi kimi fəaliyyət göstərib. Onun son iş yeri "Səbail" olub.
Mirağa