
“Barselona”nın gənc ulduzu Lamin Yamal kommersiya sahəsində yeni addım atıb.
Fanat.Az xəbər verir ki, 18 yaşlı futbolçu futbolçuların imzalı geyim və əşyalarının satışını həyata keçirən tanınmış bir marka ilə rəsmi müqavilə imzalayacaq.
Müqavilə şərtlərinə əsasən şirkət Yamaldan azarkeşlərə fərdi şəkildə imza verməməsini tələb edib. Məqsəd futbolçunun imzalarının yalnız rəsmi satış kanalları vasitəsilə əldə edilməsini təmin etməkdir.
Bu addım Yamalın kommersiya dəyərinin daha da yüksəldilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.