
“Nottingem Forest” rəhbərliyi Premyer Liqanın son turunda “Çelsi”yə məğlubiyyətdən sonra baş məşqçi Angelos Postekoğlu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi komandanın son oyunlardakı zəif nəticələri və liqada uğursuz çıxışı səbəbindən avstraliyalı mütəxəssislə əməkdaşlığa son qoyub.
Postekoğlu “Nottingem Forest” tarixində ilk səkkiz oyunda qələbə qazana bilməyən ilk baş məşqçi kimi yadda qalıb.
Klubun yaxın günlərdə yeni baş məşqçi təyinatını rəsmən açıqlayacağı gözlənilir.
Kamil Xudiyev