KL: 2-ci tur start götürür

KL: 2-ci tur start götürür

Bu gün UEFA Konfrans Liqasında 2-ci turun oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, turun 18 görüşünün hamısı eyni gündə baş tutacaq.

Qarşılaşmalardan 9-u saat 20:45-də, qalan yarısı isə 23:00-da start götürəcək.

Türkiyə təmsilçisi "Samsunspor" Ukrayna nəhəngi "Dinamo Kiyev"i qonaq edəcək. Superliqa klubu ilk turda qələbə qazanıbsa, ukraynalılar Liqa mərhələsinə məğlubiyyətlə başlayıblar.

Qeyd edək ki, KL-də 3-cü turun oyunları 6 noyabrda keçiriləcək.

UEFA Konfrans Liqası Liqa mərhələsi, 2-ci tur 23 oktyabr

20:45. "Drita" (Kosovo) – "Omoniya" (Kipr) 20:45. AEK (Yunanıstan) – "Aberdin" (Şotlandiya) 20:45. "Rapid" (Avstriya) – "Fiorentina" (İtaliya) 20:45. "Riyeka" (Xorvatiya) – "Sparta" (Çexiya) 20:45. "Strasburq" (Fransa) – "Yagelloniya" (Polşa) 20:45. "Şaxtyor" (Ukrayna) - "Legiya" (Polşa) 20:45. "Haken" (İsveç) – "Rayo Valyekano" (İspaniya) 20:45. "Şkendiya" (Şimali Makedoniya) – "Şelburn" (İrlandiya) 20:45. "Breydablik" (İslandiya) – "KuPS" (Finlandiya) 23:00. "Universitatya" (Rumıniya) – "Noah" (Ermənistan) 23:00. "Maynts" (Almaniya) – "Zrinjski" (Bosniya və Herseqovina) 23:00. "Linkoln" (Cəbəllütariq) – "Lex" (Polşa) 23:00. “Samsunspor” (Türkiyə) – “Dinamo Kiyev” (Ukrayna) 23:00. "Hamrun Spartans" (Malta) – "Lozanna" (İsveçrə) 23:00. "Siqma" (Çexiya) – "Rakuv" (Polşa) 23:00. “Şemrok Rovers” (İrlandiya) – “Sele” (Sloveniya) 23:00. "Alkmaar" (Niderland) – "Slovan" (Slovakiya) 23:00. "Kristal Palas" (İngiltərə) – AEK  (Kipr)  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər