
"Real Madrid"ın türk ulduzu Arda Güler komandanın oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, məlumatı "Kral klubu"nun mətbuat xidməti yayıb.
20 yaşlı yarımmüdafiəçi keçən ay bütün turnirlərdə 4 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.
Ümumilikdə türk futbolçu 15 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Real Madrid" 11 turdan sonra 30 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Madridlilər ikinci pillədə qərarlaşan "Barselona"nı 5 xal qabaqlayırlar.