
Futbol dünyası daha bir möhtəşəm duelə hazırlaşır.
Fanat.Az xəbər verir ki, cənubi Amerika və Avropanın hazırkı çempionları arasında keçiriləcək Finalissima matçı 2026-cı ilə planlaşdırılıb.
Matçın Argentina və İspaniya milli komandaları arasında keçiriləcək. “Marca”-nın məlumatına görə, qarşılaşma martın 27-nə planlaşdırılıb və Qətərdə - 2022-ci il dünya çempionatının finalının oynanıldığı “Lusail” stadionunda baş tutacaq.
Finalissima Avropa və Cənubi Amerika çempionlarından hansının daha güclü olduğunu müəyyən edən matçdır. Ötən dəfə Argentina İtaliyanı 3:0 hesabı ilə darmadağın edib.