11:41 11.11.2025 594

"1994-cü ildən deyirəm ki, yığmada yerli məşqçi işləməlidir" - Ağasəlim Mircavadov

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını noyabrın 13-də İslandiya və üç gün sonra Fransa yığmasına qarşı keçirəcək.

Bakıda baş tutacaq qarşılaşmalar ərəfəsində yığmanın sabiq baş məşqçisi Ağasəlim Mircavadovla əlaqə saxlayıb ondan bu görüşlərdən nə gözlədiyini, Ayxan Abbasovun təyinatından sonra komandada hansı dəyişikliyin olduğunu soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Məşqçi tsiklin gedişində gələndə onun üçün ağır olur. Ayxan U-21-də işə çox yaxşı başlamışdı. Mən onunla oyunlara getmişdim, çox yaxşı plan hazırlamışdı. Böyük planı var idi. Elə alındı ki, əsas millini ona tapşırdılar. Əgər biri əsas yığmadırsa, iki yerdə işləmək ağırdır. Bu, istənilən məşqçi üçün belədir. Amma Ayxanın gücü, enerjisi var. O, bu qrafikə dözür, işini axsatmır. Həm klubunda, həm də yığmadakı fəaliyyətini qənaətbəxş hesab etmək olar. Ukrayna ilə 2 oyun, həmçinin, Fransa ilə qarşılaşma göstərdi ki, baş məşqçimiz möhkəmdir, özünə və komandasına inanır.  Baxmayaraq ki, onun üçün problemlər var. Oyunçuların hazırki durumunu nəzərdə tuturam. Milli üzvlərinin əksəriyyəti klubunda oyun təcrübəsindən məhrumdur. Futbolçu oynadıqca açılır, təcrübə sayəsində artırır. Ancaq yığmanın bir çox üzvü klubunda az oyun keçirir. Bu, ağır durumdur. Belədə baş məşqçi onlara bir hissə, bir saat güvənə bilər, artıq yox. Çünki bu amil onların fiziki durumuna çətinlik törədir. Mən İslandiyanın heyətinə baxdım və açığı çox təəccübləndim. Bir-iki nəfəri çıxmaq şərtilə, əksəriyyəti legionerdir və İngiltərə, İspaniya, İtaliya, Danimarka çempionatlarında oynayırlar. Əlbəttə, çətin olacaq. Ancaq tsiklin son oyunlarıdır. Bütün qüvvəni bu görüşlərə səfərbər etmək lazımdır. Millinin son oyunları məni ümidləndirib. Bu, oyunda hiss olunur. Futbolçuların məşqçiyə və bir-birilərinə inamı məndə bu fikri formalaşdırıb ki, milli qarşıdakı matçlarda yaxşı nəticə əldə edə bilər. Psixoloji durum çox vacibdir. İlk sınağın İslandiya ilə olması yaxşıdır. Bu görüşə hazır olmalıyıq.
Mən 1994-cü ildən bu sözü deyirəm ki, yığmada yerli məşqçi işləməlidir. Axı bizim yaxşı mütəxəssislərimiz var. O dönəmdə də var idi, indi də var. İndiki cavan nəsil məşqçiləri bəyənirəm. Üzərlərində işləyirlər, bu peşənin sirlərini, yenilikləri öyrənirlər, inkişaf edirlər. Sevindiricidir ki, heç biri yığmadan imtina etmir. Bizim kimi yığmalarda futbolçunun öz dilində danışan, onun psixoloji durumunu anlayan, ona bələd olan məşqçi işləməlidir".

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

09:30

DÇ-2026-da ilk turun oyun cədvəli: Braziliya, Fransa və İngiltərə əsas rəqiblərinə qarşı

09:00

Azər Bağırovun 6 aylıq sıradan çıxan futbolçu ilə bağlı qərarı bilindi

03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

16:36

Arteta "Arsenal" rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə qatılmasını xahiş etdi

16:17

İspaniya millisinin hücumçusu sıradan çıxdı

15:58

"Şamaxı" yeni hücumçu ilə gücləndi

15:39

"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X