
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını noyabrın 13-də İslandiya və üç gün sonra Fransa yığmasına qarşı keçirəcək.
Bakıda baş tutacaq qarşılaşmalar ərəfəsində Futbol Veteranlar İttifaqının rəhbəri və “Turan Tovuz”un İdarə Heyətinin üzvü Oqtay Abdullayev ilə əlaqə saxlayıb ondan bu görüşlərdən nə gözlədiyini, Ayxan Abbasovun təyinatından sonra komandada hansı dəyişikliyin olduğunu soruşduq.
Vetyeran futbolçunun Fanat.Az-a açıqlaması belə oldu:
"İslandiya ilə mübarizə aparmaq, qələbə qazanmaq olar. Ancaq Fransa ilə çətin olacaq. Ayxanı qınamaq olmur. Tsiklin gedişində komandanı götürüb. Rəqiblər də ağırdır. İslandiyadan xal ala biləcəyimizi deyirik, ancaq onların qrup ikincisi olmaq şansları var. Ən azı, heç-heçəyə nail olacağımıza inamım var.
AFFA-nın Ayxan Abbasova güvənməsi əksəriyyət kimi, mənim də ürəyimcə oldu. Əvvəla mən istənilən yerli məşqçinin tərəfdarı olmuşam, bundan sonra da mövqeyimdə qalacağam. Ayxana gəlincə, "Turan"da oynayıb, məşqçi işləyib. "Sumqayıt"ı avrokuboka çıxarıb. Təcrübə toplayıb, özünü təsiqləmiş məşqçidir. Onun gəlişindən sonra millimiz yaxşı oynayır, son vaxtlar artırdığı göz qabağındadır. Bu da hər kəsi qarşıdakı oyunılarda yaxşı nəticəyə ümidləndirib".
Mirağa