
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi yığmasına düşüb.
Fanat.Az xəbər verir ki, “Zenit”də çıxış edən müdafiəçimiz sonuncu - 26-cı turdakı performansına əsasən rəmzi komandaya seçilib.
Nigarın komandası son turda səfərdə ÇSKA ilə matçda fərqləndirilib. Start heyətində yer alan millimizin üzvü 70-ci dəqiqədə əvəzlənib.
Mirzəliyeva daha əvvəl 8, 10, 13 və 17-ci turların rəmzi komandasına da düşmüşdü.
Qeyd edək ki, "Zenit" 2025/2026 mövsümünü 52 xalla 3-cü pillədə başa vurub.