
“Arsenal”da hücum xəttində yaranan ciddi zədə problemi səbəbindən baş məşqçi Mikel Arteta orta sahə oyunçusu Mikel Merinoya hücumun sivri ucunda etibar edib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı ispan futbolçu bu mövsüm Premyer Liqada 16 oyunun 6-sında hücumçu kimi meydana çıxıb.
Artetanın ixtiyarında olan hücumçular — Viktor Dyökeres, Kay Havertz və Qabriel Jesus zədələndikləri üçün London təmsilçisində hücum xətti xeyli zəifləyib.
Mikel Merino isə bu mövsüm ərzində 3 qol və 1 asistlə komandasına dəstək olub. İspan futbolçu meydanda fədakar oyunu və liderliyi ilə “topçular”ın azarkeşlərinin rəğbətini qazanmağa davam edir.
Kamil Xudiyev