
DÇ-2026-nın seçmə mərhələsinin oyununda Ukraynanı 4:0 hesabı ilə yenən Fransa millisinin hücumçusu Kilian Mbappe ölkəsinin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, bu görüşdə dublla yadda qalan superulduz Fransa millisinin heyətində 1991-ci ildən bəri ardıcıl altı oyunda qol vurmağı bacaran ilk futbolçu olub.
"Opta"-nın hesablamasına görə, 26 yaşlı forvard daha bir qol vursa, 34 il əvvəl seriyası 7 ardıcıl oyuna çatan Jan-Pyer Papenin rekordunu təkrarlayacaq.
Mbappe bu matça qədər İspaniya, Almaniya, Ukrayna, İslandiya və Azərbaycanın qapılarına yol tapmışdı. Fransa növbəti oyununu 16 noyabrda yığmamıza qarşı keçirəcək.