
"Fənərbağça"nın sabiq baş məşqçisi Joze Mourinyu ilə bağlı İngiltərənin “The Sun” nəşri yeni məlumat yayıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin İstanbulda işlədiyi müddətdə qaldığı lüks hotelin ödənişi klubun büdcəsinə 656 min avroluq əlavə xərc yükləyib.
Mourinyu "Fənərbağça" ilə əməkdaşlığı dönəmində şəxsi rezidensiya seçmədiyi üçün bütün qalma xərclərinin yüksək səviyyəli oteldə ödənilməsi maliyyə yükünü artırıb. Nəşr bildirir ki, bu məbləğ klub tərəfindən qarşılanıb.
Bundan əvvəl də "sarı-göylər" ilə yolları ayrılan təcrübəli çalışdırıcıya müqavilə şərtlərinə əsasən 13 milyon avro təzminat ödənilib.
Kamil Xudiyev