
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Toral Bayramov məşqdə zədələnib.
Məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Müdafiəçi heyətdən çıxarılıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.