
Türkiyə təmsilçisi "Fənərbağça" eyni anda "Barselona"nın iki ulduzunu hədəfə alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı türkiyəli tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb.
Mənbənin məlumatına görə, İstanbul nəhəngi hücumçu Robert Levandovski və müdafiəçi Andreas Kristenseni transfer etmək niyyətindədir.
"Fənərbağça" polşalı forvardın agentləri ilə əlaqə saxlayıb. Bildirilir ki, Levandovski müxtəlif variantları araşdırmağa açıqdır, lakin türk nəhənglərinə hələ “hə” deməyib.
Eyni zamanda, Andreas Kristensen "Barselona"da qalmaq istəmədiyi üçün transferə razılıq verib.
Qeyd edək ki, Levandovskinin kataloniyalılarla müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Bu mövsüm polyak 12 matçda 7 qol vurub.
Danimarkalı müdafiəçinin müqaviləsi də 2025/26 mövsümünün sonunda qüvvədən düşəcək. O, bu mövsüm 10 oyun keçirib.