
"Nyukasl Yunayted" gənc futbolçu siyasətinə uyğun olaraq yeni istedadı radarına əlavə edib.
Fanat.Az xəbər verir ki, klub "AZ Alkmaar"ın 19 yaşlı niderlandlı ulduzu Kees Smit ilə ciddi şəkildə maraqlanır.
Smitin Erediviziyada göstərdiyi performans, oyun quruculuğundakı yetkinlik və çevikliyi "Nyukasl" skautlarının diqqətini çəkib.
İngiltərə təmsilçisi qış pəncərəsində rəsmi addım ata bilər.
Kamil Xudiyev