
"Çelsi"nin qapıçısı Filip Yorqensen qış transfer pəncərəsində komandadan ayrılacaq.
Fanat.Az xəbər verir ki, bu mövsüm cəmi 4 matça çıxan danimarkalı oyun təcrübəsinin olmamasından narazıdır.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, 23 yaşlı futbolçu yanvarda "mavilər"i tərk etməyə hazırlaşır.
"Çelsi" Filip Yorqenseni 2024-cü ilin yayında İspaniyanın "Vilyarreal" klubundan 24,5 milyon avroya alıb.
"Transfermarkt" onun hazırkı bazar dəyərini 18 milyon avro qiymətləndirir.