
"Barselona"nın cinah oyunçusu Markus Raşford cümə axşamı komandanın məşqində iştirak etməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Diario AS" yayıb.
Mənbənin məlumatına görə, 28 yaşlı futbolçu məşqi şəxsi səbəblərə görə buraxıb. Klub ingilisə bunun üçün icazə verib. Onun bu gün düşərgəyə qayıdacağı gözlənilir.
Kataloniya təmsilçisi şənbə günü La Liqanın 13-cü turu çərçivəsində "Kamp Nou"da "Atletik Bilbao"nu qəbul edəcək.
Markus Raşford "Mançester Yunayted"dən icarəyə götürülüb. “Qırmızı şeytanlar”ın ulduz futbolçusu bu mövsüm Hans-Diter Flikin rəhbərliyi altında 16 matça çıxaraq 6 qol vurub və 9 məhsuldar ötürmə edib.
Mirağa