
“Mançester Yunayted” gələn mövsüm üçün orta xətt planlamasını sürətləndirib və Kasemironun boşluğunu doldurmaq üçün əsas namizədini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi fransalı ulduz Orelian Çuameni ilə maraqlanır.
Məlumatı "Defensa Central" yayıb.
“Real Madrid”lə müqaviləsi qüvvədə olan Çuameni bu mövsüm həm Çempionlar Liqasında, həm də La Liqada istədiyi qədər şans qazanmadığı üçün gələn təkliflərə isti yanaşır.
25 yaşlı yarımmüdafiəçi top qazanma qabiliyyəti, oyun qurma bacarığı və dinamizmi ilə hazırda Avropanın ən dəyərli müdafiə yönümlü orta sahə oyunçularından sayılır.
“Mançester Yunayted”in onu Kasemironun uzunmüddətli əvəzləyicisi kimi gördüyü bildirilir. İngilis klubunun Çuameniyə böyük layihədə aparıcı rol təklif etməyə hazırlaşdığı, “Real Madrid”in isə oyunçunu buraxmaq niyyətində olmadığı, lakin yüksək məbləğli təklifin vəziyyəti dəyişə biləcəyi qeyd olunur.
Kamil Xudiyev