
“Çelsi” qış transfer pəncərəsi öncəsi müdafiə xəttini gücləndirmək üçün işlərini sürətləndirib.
Fanat.Az xəbər verir ki, London klubu “Nottingem Forest”in braziliyalı stoperi Murillo üçün rəsmi addım atmağa hazırlaşır.
23 yaşlı futbolçu Premyer Liqada qısa zamanda diqqət çəkib və “Çelsi”yə keçidə müsbət yanaşdığı bildirilir. Murillo həm fiziki gücü, həm də topa müdaxilə keyfiyyətləri ilə liqanın ən perspektivli gənc müdafiəçilərindən hesab olunur.
İngiltərə mətbuatı transferin maliyyə tərəfinin isə 30–40 milyon avro aralığında ola biləcəyi iddia edir.
Kamil Xudiyev