
UEFA Çempionlar Liqasında Liqa mərhələsində 5-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 9 oyun keçiriləcək.
Turun son oyun gününün mərkəzi qarşılaşmasında "Arsenal" ilə "Bayern Münhen" üz-üzə gələcəklər. Digər London təmsilçisi "Tottenhem" isə səfərdə PSJ-nin qonağı olacaq. İngiltərənin son çempionu, "Qarabağ"ın rəqiblərindən olan "Liverpul" PSV ilə münasibətlərinə aydınlıq gətirəcək. "Atletiko Madrid" - "İnter" oyunu da günün maraqla gözlənilən qarşılaşmalarındandır.
Qeyd edək ki, Liqa mərhələsinin 5-ci turu çərçivəsində "Napoli"nin qonağı olan Azərbaycan təmsilçisi "Qarabağ" İtaliyanın son çempionuna 0:2 hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
26 noyabr
21:45. "Kopenhagen" (Danimarka) – "Kayrat" (Qazaxıstan)
21:45. "Pafos" (Kipr) – "Monako" (Fransa)
00:00. "Arsenal" (İngiltərə) – "Bayern Münhen" (Almaniya)
00:00. PSJ (Fransa) – "Tottenhem" (İngiltərə)
00:00. "Atletiko Madrid" (İspaniya) – "İnter" (İtaliya)
00:00. "Olimpiakos" (Yunanıstan) – "Real Madrid" (İspaniya)
00:00. "Liverpul" (İngiltərə) - PSV (Niderland)
00:00. "Ayntraxt" (Almaniya) – "Atalanta" (İtaliya)
00:00. "Sportinq" (Portuqaliya) – "Brügge" (Belçika)