
"Trabzonspor" klub dəyərlərinə uyğun olaraq mühüm qərar verib.
Fanat.Az xəbər verir ki, klub prezidenti Ertuğrul Doğan İsrail məhsullarına tətbiq olunan boykot siyasətinə görə "Coca-Cola" şirkətinin sponsorluq təklifini qəbul etməyib.
Məlumata görə, "Trabzonspor" rəhbərliyi son aylarda bir neçə beynəlxalq brendin əməkdaşlıq istəklərini dəyərləndirsə də, klubun mövqeyi və ictimai həssasiyyət nəzərə alınaraq "Coca-Cola" ilə anlaşmaya gedilməyib.
Ertuğrul Doğanın bu qərarı həm klub içində, həm də azarkeşlər arasında geniş dəstək görüb.
Kamil Xudiyev