Azərbaycan klubu yayda gətirdiyi legionerlə vidalaşdı

Azərbaycan klubu yayda gətirdiyi legionerlə vidalaşdı

Birinci Liqa təmsilçisi "Cəbrayıl"da ayrılıq yaşanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi fransalı qapıçısı Matis Morvillə vidalaşıb. 

20 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Cəbrayıl" Morvili yayda heyətinə cəlb etmişdi. Son 6 turda komandanın qapısında yerli çərçivə qoruyucuları - Fərman Bayramov və Emil Həbibov dayanıblar. Legioner qolkiper isə çempionatda cəmi 2 oyunda start heyətində forma geyib.

"Cəbrayıl" 9 turdan sonra 12 xalla 6-cı yerdə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər