
UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn ilk iki iştirakçı bəlli olub.
Fanat.Az xəbər verir ki, “Samsunspor” və “Strasburq” Liqa mərhələsinin dördüncü turundan sonra növbəti mərhələyə vəsiqəni təmin ediblər.
Türkiyə klubu turnir cədvəlində birinci, Fransa klubu isə ikinci pillədə qərarlaşıb. Hər iki komandanın 10 xalı var.
"Samsunspor" və "Strasburq" heç bir halda ilk "24-lük"dən aşağı düşməyəcəklər. Baxmayaraq ki, 25-ci sırada qərarlaşan komandanın 4 xalı var və nəzəri cəhətdən son 2 turda 6 xal toplamaqla liderlərə çata bilərlər. Ancaq dörd və ya daha çox xalı olan klublardan ən azı ikisi qarşıdakı matçlarda xal itirəcək. 27-ci və aşağı yerləri tutan komandalar isə ümumiyyətlə onlara çata bilməyəcəklər.
Konfrans Liqasında Liqa mərhələsinin 5-ci və 6-cı turlarının oyunları dekabrın 11-də və 18-də keçiriləcək.
Mirağa