
“Qalatasaray” prezidenti Dursun Özbek, dekabrın 1-də keçiriləcək “Fənərbağça” derbisində qələbə qazanılacağı təqdirdə komandaya bonus veriləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, bu məbləğ matça əsas heyətdə başlayan hər futbolçu üçün 1 milyon avrodur.
"Sarı-qırmızılı" rəhbərlik bonusun derbi öncəsi motivasiyanı artıracağını düşünür.
Klubun idarə heyəti komandanın son dönəmdə Çempionlar Liqası və Super Liqada ardıcıl vacib oyunlar keçirdiyini, bu səbəbdən derbinin daha da kritik əhəmiyyət daşıdığını bildirir.
Qeyd edək ki, qələbə qazanılacağı təqdirdə matça ehtiyat oyunçular skamyasında başlayan və oyuna sonradan daxil olan hər bir futbolçu 500 min avro ilə mükafatlandırılacaq.
Kamil Xudiyev