
“Tottenhem”in baş məşqçisi Tomas Frank İngiltərə mətbuatına müsahibəsində Qızıl Top mövzusuna toxunub.
Fanat.Az xəbər verir ki, danimarkalı mütəxəssis öz təxminini bildirib:
“Növbəti Qızıl Top yenə PSJ-dən olacaq. Məncə, Vitinya qazanacaq. Hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisi odur.”
Bu mövsüm möhtəşəm formada olan Vitinya 18 matçda 12 qol vuraraq həm Fransa Liqasında, həm də ÇL oyunlarında böyük fərq yaradıb. Gənc portuqaliyalı həm oyun quruculuğu, həm sürətli hücumlarda iştirakı, həm də pressinq qabiliyyəti ilə diqqət mərkəzinə düşüb.
Mütəxəssislərin fikrincə, Vitinyanın performansı davamlı olarsa, mövsüm sonunda fərdi mükafatlar üçün əsas namizədlərdən biri olacaq.
Kamil Xudiyev