
İspaniyanın “Levante” klubunun rəhbərliyi Xulian Xulian Kaleronu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, La Liiqa təmsilçisi məlumatı rəsmi saytı vasitəsilə açıqlayıb.
Kaleronun gedişi "Levante"nin evdə "Atletik Bilbao"ya 0:2 hesabı ilə uduzmasından bir gün sonra reallaşıb. Klub 55 yaşlı Kaleroya gördüyü işlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Xulian Kalero 2024-cü ilin yayından "Levante"ni çalışdırırdı. "Qırmızı-göylər" onun rəhbərliyi altında keçirdiyi 58 matçda 25 qələbə qazanıb, 16 heç-heçə edib və 17 oyunda uduzub.
"Levante" hazırda İspaniya çempionatının cədvəlində 19-cu yerdədir.