
"Qalatasaray"ın uruqvaylı ulduzu Lukas Toreira dünən keçirilən "Fənərbağça" derbisindən sonra etdiyi paylaşımla gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu şəxsi "Instagram" hesabında etdiyi paylaşımda belə yazıb:
"La vida por mi equipo y por estos colores"
Tərcüməsində "Klubum və rənglərimiz üçün canım fəda" mənasını verən bu cümlə "Qalatasaray" azarkeşlərinin futbolçuya olan sevgisini daha da artırıb.
Qeyd edək ki, İstanbul derbisi 1:1-lik bərabərliklə yekunlaşıb.
Kamil Xudiyev