
"Qarabağ"ın 12 yaşadək futbolçulardan ibarət komandası ölkə xaricinə turnirə yollanıb.
Bu barədə Fanat.Az-a “Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev məlumat verib.
Şöhrət Yusifovun baş məşqçisi olduğu U-12 bu gün Qazaxıstana gedib. Astanada təşkil olunacaq turnir sabahdan start götürəcək və üç gün davam edəcək. "Qarabağ" 16 komandanın qatılacağı yarışda A qrupunda mübarizə aparacaq. Təmsilçimiz yerli "Kızıljar", "Saran" və BJMORSM kollektivləri ilə eyni qrupda yer alır.
"Astana Cup"-da Qazaxıstanın 10 komandasından və "Qarabağ"dan başqa, digər ölkələrin 5 təmsilçisi yarışacaq: "Spartak" (Moskva), "Dinamo" ( Tbilisi), "Paxtakor" (Daşkənd), "Abdış-Ata" (Bişkek), "Dinamo" (Düşənbə).
Mirağa