22:49 06.12.2025 397

"Sabah" bəyanat yaydı

Bu gün “Sabah” FK AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ilə tanış olmuşdur.

Fanat.Az xəbər verir ki, həmin qərara əsasən, klubun sabiq futbolçusu Yusif İmanovun tələbləri qismən təmin edilmiş, klubun qarşı tələbləri isə təmin olunmamışdır. 

Klub hesab edir ki, Komitə bu qərarda bir sıra qanunsuz və heç bir əsası olmayan nəticələrə gəlmişdir. 

Birincisi, reqlamentin iş üzrə tərəfin Komitəyə ərizə təqdim etməzdən əvvəl digər tərəfə rəsmi qaydada xəbərdarlıq göndərmək və tələblərin icrası üçün müddət vermək öhdəliyi barədə tələbi formal prosedur deyil, hüquqi baxımdan vacib və məcburi tələbdir. Bu tələbin yerinə yetirilməməsi futbolçunun iddiasının icraata qəbul edilməsini istisna etməlidir. Lakin Komitənin bu norma ilə bağlı şərhi həmin normanı öz mənasından tamamilə məhrum etmişdir.

İkincisi, Komitə futbolçu ilə klub arasında bağlanmış müqavilədə qeyd edilən, futbolçunun yalnız əsas komandada deyil, hər hansı komandada (həm birinci, həm də ikinci komandada) çıxış edə bilməsini nəzərdə tutan əsas müddəasını düzgün şəkildə dəyərləndirməmişdir.

Əgər futbolçunun əvəzedici komandaya göndərilməsi müqavilə ilə tənzimlənirsə, əsas və ikinci komandada hansı oyunçuların çıxış edəcəyinə dair yeganə qərar vermək səlahiyyəti kluba və onun məşqçi heyətinə məxsusdur. Bu məsələdə məşqçi heyətinin səlahiyyəti məhdudlaşdırıla bilməz. Beləliklə, futbolçunun əsas komandadan uzaqlaşdırılmasının qeyri-qanuni olması barədə arqument hüquqi baxımdan qəbul edilə bilməz.

Bununla belə, Komitə heç bir hüquqi əsas olmadan futbolçunun hansı komandada çıxış etməli olduğuna məşqçi heyətinin deyil, Komitənin qərar verə biləcəyi kimi təhlükəli presedent yaradır.

Komitənin qərarı yekun xarakter daşımır və “Sabah” FK bu qanunsuz, əsassız, qeyri-obyektiv və ədalətsiz qərardan şikayət etmək üçün  bütün mümkün hüquqi mexanizmlərdən istifadə edəcəkdir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

28 Avqust 2026
15:38

Ostervoldenin "Roma"ya keçidi bu səbəbdən baş tutmadı

15:19

Qərb derbisindən öncə "Kəpəz"də üzlər gülür

15:01

Bense Varkonyi: "Bir az vaxta ehtiyacımız var"

14:43

Leon Qoretskanın yeni klubu bəlli oldu - RƏSMİ

14:25

"İnanıram ki, Qurban Qurbanov komandanı yenidən əvvəlki vəziyyətinə gətirəcək" - Vüqar Nadirov

14:07

Misli Premyer Liqası: III turun təyinatları açıqlandı

13:48

"Neftçi" ilə oyuna hazırlaşan "Zirə"nin heyəti ilə bağlı son vəziyyət açıqlandı

13:30

"Neftçi"nin "Zirə" ilə oyuna neçə itki ilə çıxacağı bəlli oldu

13:12

Arif Əsədov: "Hesab matça görə deyildi"

12:53

"Xankəndi" yeni yarımmüdafiəçi transfer etdi

12:35

Afrikada Yaya Ture kimisi olmamışdı - Rekord

12:17

KL: Azərbaycanlı futbolçuların Liqa mərhələsindəki rəqibləri kim olacaq?

11:59

"Trabzonspor"un baş məşqçisi istefa verdi, klub qəbul etmədi

11:40

Avropa Liqasının püşkü atılır

11:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:12

Okan Burukun qorxduğu başına gəldi - VİDEO

10:51

Elnur Mirzəyevin yeni iş yeri bilindi

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

Kadi Borges: "Başımızı dik tutmalıyıq"

09:48

"Sabahın ulduzları": "Sabah" da üç topluq fərqlə qalib gəldi, "Neftçi" də - Nəticələr/Fotolar

09:25

Acun Ilıcalı komandasını yeni vinger ilə gücləndirdi - RƏSMİ

09:00

"Qarabağ" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

03:48

Entso Fernandesin əvəzləyicisi tapıldı

02:55

La Liqa: "Barselona" inamlı qələbəyə sevindi

02:11

"Barselona" Bakıya hansı tarixdə gələcək?

01:55

AL: "Beşiktaş" növbəti mərhələdə, "Trabzonspor" mübarizəni dayandırdı

01:53

KL: Mahir fərqləndi, komandası turnirlə vidalaşdı

00:59

“Qarabağ” “Borussiya”nın yetirməsini heyətinə qatdı

00:33

Taofik İsmahil "Qarabağ"da - RƏSMİ

00:07

Bəhlul Mustafazadə Fanat.Az-a danışdı: "Bəzən ağrılarım olur, amma..."

27 Avqust 2026
23:33

Qurban Qurbanov "Tvente" ilə matçdan sonra nə danışdı?

22:57

Martines "Çelsi"yə "hə" dedi

22:48

KL: "Qarabağ" avrokuboklarla vidalaşdı

21:17

"Gəncə" heyətini gücləndirdi

21:15

"Sabah" "Barselona"nı Bakıya gətirir

20:13

Zirkze İtaliyaya qayıdır?

19:49

"Beşiktaş"da gözlənilən ayrılıq

19:04

APL Fantasy-də 2-ci turun qalibi müəyyənləşib

18:41

Sabiq "Qarabağ"lı bu kluba keçdi

18:14

"Sabah"ın transfer edə bilmədiyi ulduzun yeni ünvanı bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X