16:47 16.12.2025 685

Cərimələr hansı quruma ödənilir? - AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2025/2026 mövsümündən başlayaraq bütün liqalarda klublar üçün cərimələri artırıb. Cərimələrin artırılması AFFA-nın İntizam Məcəlləsində əksini tapıb. Az qala 104 maddənin hər birində artım müşahidə olunur. Maddələrdən asılı olaraq 50-60, hətta 100 faizlik artımdan söhbət gedir. Təbii ki, belədə ötən mövsümlərlə müqayisədə cərimələrdən yığılan məbləğdə də artım var. 

"Futbolxeber.az" saytından olan həmklarlarımız AFFA İntizam Komitəsinin bu mövsüm Premyer Liqa klublarına verdiyi cəzalarla bağlı araşdırma aparıblar. Araşdırma nəticəsində məlum olub ki, 14 tur ərzində Premyer Liqada baş verən xoşagəlməz hallara görə klublar ümumilikdə 193 300 manat cərimə olunublar. 
193 300 manatlıq cərimə məbləğində klubların "pay bölgüsü" aşağıdakı kimidir: 

“Neftçi” - 72400
“Sumqayıt” - 19300
“Kəpəz” - 18600
“Karvan-Yevlax” - 16700
“İmişli” - 16400
“Sabah” - 15100
“Qarabağ” - 11000
“Şamaxı” - 7900
“Turan Tovuz” - 6900
 “Araz-Naxçıvan” - 4400
“Qəbələ” - 2400
“Zirə” - 2200

Nəzərə alsaq ki, mövsüm hələ yarılanmayıb, qış fasiləsinə qədərki son iki turun cərimələri hesablandıqdan sonra məbləğ 200 mini ötəcək. Futbol ilinin sonuna qədər isə bu rəqəmin yarım milyona çatması realdır. Kifayət qədər böyük rəqəmdir. Bəs cərimələr rəhbər dəyişikliyindən sonra AFFA-ya ödənilir, yoxsa əvvəlki kimi PFL-ə? Klubların "borc dəftəri" varmı? Ümumiyyətlə, yığılan pullar hara xərclənir? 

Fanat.Az olaraq məsələyə hər iki qurumun mətbuat xidmətindən cavab almağa çalışdıq.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov: "Xeyr, ötən mövsümlərlə müqayisədə bu mövzuda dəyişiklik yoxdur. Əvvəllər də olduğu kimi, AFFA İntizam Komitəsinin verdiyi cəzalardan gələn maliyyə vəsaiti PFL-in hesabına köçür".

PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev: "Oyunlarda tətbiq olunan cərimələr əvvəlki qaydada ödənilir. Klublar ilə Peşəkar Futbol Liqası arasında həm oyunların təşkili və keçirilməsi, eləcə də maliyə məsələləri müstəvisində münasibətlər üst səviyyədədir. Klublar Peşəkar Futbol Liqasına cərimələri ödəyirlər. İndi hansı klubun borcunun olub-olmamasını demək əməkdaşlıq baxımından uyğun deyil. Daxil olan cərimələr büdcə planlamasına uyğun olaraq, yönləndirilir".

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X